"26 ölkənin seçki qurumuna dəvət göndərmişik” - MSK

10:27 12.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov Avropa Şurasına seçkini müşahidə etmək üçün dəvət göndərilib-göndərilmədiyinə aydınlıq gətirib.

Hafta.az xəbər verir ki, R.Qasımov bunu namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbirdə deyib.

"Ölkədə beynəlxalq müşahidəçilərin dəvəti yalnız üç qurumla bağlıdır. Belə ki, bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyasıdır. Biz MSK olaraq müvafiq 26 ölkənin seçki qurumuna dəvət göndərmişik”.